çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

"Başakşəhər" Arda Turada yeni müqavilə təklif etmədi

18.11.2019 16:21 Oxundu 422


“Başakşəhər” müqaviləsi cari mövsümün sonunda bitəcək Arda Turanla bağlı qərarını verib. 

Cempion.az xəbər verir ki, klub rəhbərliyi, göstərdiyi oyuna görə tənqid olunan 32 yaşlı futbolçuyla yeni müqavilə imzalamamaq qərarı alıb.

Buna səbəb “Barselona”dan icarə əsasında heyətə qatılan futbolçunun yüksək məvacib qarşılığında istənilən oyunu göstərə bilməməsidir. Qış fasiləsində uyğun təklif gələcəyi halda, Ardanın klubdan ayrılmasına icazə veriləcəyi bildirilir.

2018-ci ilin yanvarında Kataloniya klubundan icarə əsasında heyətə qatılan futbolçu cari mövsümdə əsas heyətdə meydana çıxmayıb. Arda meydana sonradan daxil olduğu 7 oyunda qol hesabını aça bilməyib.