çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

Bolqarıstan millisinin kapitanı millidən getdi

19.11.2019 17:00 Oxundu 420


"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevin Bolqarıstan yığmasındakı kapitanı İvelin Popov milli karyerasını başa vurub.

Cempion.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi AÇ-2020-nin Çexiya ilə ev oyunundan (1:0) sonra milli komanda ilə vidalaşdığını elan edib.

"12 ildir yığmada çıxış edirəm. 8 fərqli baş məşqçinin rəhbərliyi altında kapitan olmuşam, çox ağır yol keçmişik. Bu, artıq 90-cı oyunum oldu.

Avropa çempionatının final mərhələsinə də vəsiqə qazana bilmədik. Fikrimcə, artıq millidən getmək vaxtıdır. Gənclərin yolu açıq olsun".

Bolqarıstan millisində 2010-cu ildə kapitan sarğısına yiyələnən Popov ölkə futbolu tarixinə ən gənc kapitan kimi düşmüşdü. Hücumameylli yarımmüdafiəçinin aktivində 16 qol var.