çərşənbə, 14 may 2025

BİZİM FUTBOL

"Qarabağ"dan ayrıla bilər: Bolqarıstandan sərfəli təklif alıb

19.11.2019 19:00 Oxundu 432


"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Ağdam klubundan ayrıla bilər. 

Cempion.az xəbər verir ki, bolqarıstanlı futbolçu ölkəsindən sərfəli təklif alıb.

Yerli mətbuatın iddiasına görə, "Levski" millinin oyunları ilə bağlı Bolqarıstana gedən 26 yaşlı oyunçu ilə danışıq aparıb. Ancaq Slavçev qarşı tərəfə hələ yekun qərarını bildirməyib.

Qeyd edək ki, Slavçevin "Qarabağ"la 2021-ci ilin yayına qədər müqaviləsi var.