20.11.2019 01:35
459


Bu gün Avro-2020-nin seçmə mərhələsinə yekun vurulub.
Cempion.az xəbər verir ki, millimiz də son oyununa çıxıb. Nikola Yurçeviçin komandası səfərdə Slovakiyanın qonağı olub və 0:2 hesabı ilə uduzub. Bununla da yığmamız E qrupunu 1 xalla sonuncu pillədə başa vurub.
Qrupun digər oyununda Uels Macarsıtanı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, E qrupunda Xorvatiya 1-ci, Uels 2-ci pillənin sahibi kimi Avro-2020-nin final mərhələsinə vəsiqə qazanıb.
19 noyabr
Avro-2020-nin seçmə mərhələsi
E qrupu
23:45. Slovakiya – Azərbaycan - 2:0
Qollar: Robert Bojenik, 19, Marek Hamşik, 86
Baş hakim: Sergey Boyko (Ukrayna)
Trnava. Anton Malatinski adına stadion.
23:45.Uels - Macarıstan - 2:0
Qollar: Remzi, 15, 47
1.
|
Xorvatiya | 8 | 5 | 2 | 1 | 17:7 | 17 | |
2. | Uels | 8 | 4 | 2 | 2 | 10:6 | 14 | |
3. | Slovakiya | 8 | 4 | 1 | 3 | 13:11 | 13 | |
4. | Macarıstan | 8 | 4 | 0 | 4 | 8:11 | 12 | |
5. | Azərbaycan | 8 | 0 | 1 | 7 | 5:18 | 1 |