çərşənbə, 14 may 2025

BİZİM FUTBOL

"Zirə"nin futbolçusu Əlcəzairə qarşı 90 dəqiqə oynadı

20.11.2019 11:00 Oxundu 498


"Zirə"nin futbolçusu Mfo Kqasvane Botsvana yığmasının heyətində növbəti oyununa çıxıb.

Cempion.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsində Əlcəzairlə matçda (0:1) iştirak edib. Görüşə ehtiyatdan başlayan 29 yaşlı yarımmüdafiəçi 58-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, M.Kqasvane üç gün əvvəl Zimbabve ilə səfər qarşılaşmasında (0:0) 90 dəqiqə oynayıb.