cümə axşamı, 29 may 2025

BİZİM FUTBOL

Messiyə görə "Barselona"dan getmək istəyir

20.11.2019 17:28 Oxundu 445


Fransa yığmasının futbolçusu Antuan Qrizmann “Barselona”nı tərk etmək istəyir. 

Cempion.az xəbər verir ki, 28 yaşlı forvard kapitan Lionel Messi ilə problem yaşadığı üçün çıxış yolunu getməkdə görür.

Onun karyerasını Fransa təmsilçisi PSJ-də davam etdirməyə müsbət yanaşdığı bildirilir. Məlumata görə, Qrizmann PSJ-dən Neymarın qaytarılması üçün istifadə oluna bilər. Qrizmann bu ilin yayında İspaniya “Atletiko”sundan 120 milyon avroya “Barselona”ya keçib.