bazar ertəsi, 12 may 2025

BİZİM FUTBOL

“Sumqayıt” - “Qarabağ” oyunundan əvvəl musiqili proqram

20.11.2019 20:00 Oxundu 1103

Azərbaycan Premyer Liqasının 12-ci turunda keçiriləcək “Sumqayıt” - “Qarabağ” matçından əvvəl xüsusi tədbir olacaq.

Cempion.az xəbər verir ki, bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 22 noyabr Sumqayıta şəhər statusunun verilməsinin 70-ci ildönümünə təsadüf etdiyindən "Sumqayıt" - "Qarabağ" oyununun başlama saatından 30 dəqiqə əvvəl azarkeşlər və şəhər ictimaiyyəti üçün stadionda musiqili proqram təşkil ediləcək.
 
Qeyd edək ki, noyabr 22-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" – "Qarabağ" matçına saat 19:00-da start veriləcək.