
Dünya anti-dopinq agentliyi (WADA) şok iddia ilə çıxış edib.
Cempion.az xəbər verir ki, agentlikdən bildirilib ki, Moskvadakı mərkəzi laboratoriyadan məlumatların saxtalaşdırılması faktı sübuta yetirilərsə, Rusiya millisi AÇ-2020-dən kənarlaşdırıla bilər.
WADA İcraiyyə Komitəsi dekabrın 9-da bir araya gələrək müstəqil komitənin tövsiyəsini nəzərdən keçirəcək. Bundan sonra Rusiya anti-dopinq agentliyinin - RUSADA-nın lisenziyasının ləğv edəcəyi gözlənilir.
İdman Arbitraj Məhkəməsi Rusiyanın müraciətini qəbul etməsə və sanksiya tətbiq etməyə razılaşsa, Rusiyanın futbol yığmasının AÇ-2020-dən qovulmasından əlavə, ölkənin bütün idman komandaları, təmsilçiləri yayda Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarını da kənardan izləməli olacaq.
Bundan başqa, Sankt-Peterburqun da 2020-ci il Avropa çempionatının oyunlarına ev sahibliyi etmək hüququnu itirəcəyi gözlənilir.