bazar ertəsi, 12 may 2025

DÜNYA FUTBOLU

"Bavariya"da yeni müqavilə

21.11.2019 11:30 Oxundu 406


"Bavariya" Kristian Frühtlə müqaviləni uzadıb.

Cempion.az xəbər verir ki, Münhen təmsilçisi futbolçu ilə anlaşmanı 2022-ci ilə qədər artırıb. Almaniya klubunun idman direktoru Hasan Salihamiciç yeni müqaviləni belə şərh edib:

“Kristian əsl bavariyalıdır və bu klubda böyüyüb. Bizimlə olmasına görə şadıq. O, inkişaf etməyə davam edir”.