çərşənbə axşamı, 08 sentyabr 2026

DÜNYA FUTBOLU

Ronaldo "Mançester Yunayted"ə qayıdır?

21.11.2019 13:00 Oxundu 537


“Yuventus”un hücumçusu Kriştiano Ronaldo yayda “Mançester Yunayted”ə qayıda bilər. 

Cempion.az xəbər verir ki, bu barədə "La Sexta" kanalının ispaniyalı jurnalisti Eduardo İnda deyib:

“Yuventus” Çempionlar Liqasını qazana bilməsə, Ronaldo komandadan ayrılacaq. O, üçüncü klubla Çempionlar Liqasını qazanmaq üçün Turinə yollanıb. Amma bu, çətin alındı.

“Yuventus” Poqba və Mbappeni transfer etmək istəyir. Bu isə çətin görünür. Bunun üçün gərək, Ronaldonu özünü satsınlar. Ona görə də “Mançester Yunayted” variantı realdır”.