şənbə, 14 iyun 2025

DÜNYA FUTBOLU

Kontra Rumıniya millisindən getdi

21.11.2019 13:36 Oxundu 331


Rumıniya millisinin baş məşqçisi Kosmin Kontra istefa verib. 

Cempion.az xəbər verir ki, 43 yaşlı çalışdırıcı AÇ-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışdan sonra bu qərarı verib.

Rumıniya qrup mərhələsində 10 oyuna 14 xal toplayıb və 4-cü olub. Lakin komandanın Millətlər Liqasında Avropa çempionatına yollanmaq şansları qalıb.

Avropa çempionatını qəbul edəcək şəhərlər arasında Rumıniyanın paytaxtı Buxarest də var.