bazar ertəsi, 12 may 2025

DÜNYA FUTBOLU

UEFA səbətləri açıqladı

21.11.2019 14:28 Oxundu 456


UEFA Avro-2020-nin final mərhələsinin püşkü üçün səbətləri açıqlayıb.

Cempion.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Türkiyə millisi üçüncü səbətdə yer alıb:
 

Birinci səbət: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna

İkinci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Hollandiya, Rusiya

Üçüncü səbət: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya

Dördüncü səbət: Uels, Finlandiya, A, B, C, D yolunda pley-offun qalibləri

Qeyd edək ki, püşkatma mərasimi noyabrın 30-u Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.