22.11.2019 10:50
529

Bu yaxınlarda Küveytdən – "Əl-Ərəbi"dən dəvət alan millinin və "Səbail"in hücumçusu Ağabala Ramazanova dünən daha bir rəsmi təklif gəlib.
Cempion.az xəbər verir ki, "Şerif" onun transferi ilə bağlı "dənizçilər"ə müraciət edib. Moldovanın ən tanınmış klubu dekabrda onunla birbaşa müqavilə imzalamaq niyyətində olduğunu açıqlayıb. Təklif olunan anlaşma müddəti 3 illikdir.
Ramazanovun "Səbail"lə müqaviləsi gələn ilin yayında bitəcək. O, legioner həyatı yaşamağa hazırdır və "Şerif"in nümayəndələri ilə görüşündə də bunu bildirib.