
İTV-də yayınlanan “3D” layihəsi qısa müddətdə futbolsevərlərin qəlbinə yol tapmağı bacarıb.
Cempion.az xəbər verir ki Dadaş Dadaşlinskinin aparıcısı olduğu verilişdə indiyə qədər Çingiz Abdullayev, Vaqif Cavadov, Ağasəlim Mircavadov kimi futbol təsərrüfatına bağlı şəxslər qonaq olub, maraqlı və qəliz suallarla üz-üzə qalıblar.
Lakin bir arzu var ki, Dadaşlinski neçə vaxtdır ona çatmaqda çətinlik çəkir. Aparıcı qarşısındakı kresloda AFFA-nın baş katibi Elxan Məmmədovun əyləşməsini istəyir.
Efirdən açıq şəkildə Məmmədova səslənir və ona suallarının olduğunu deyir. Di gəl ki, federasiya rəsmisi Dadaşlinskinin səsinə səs vermir, əksinə, ondan qaçmağa çalışır. Bu səbəbdən Dadaş Dadaş oğlunun son verilişlərində bu məsələ daim qabardılır.
Bu dəfə Xalq Artisti Faiq Ağayev onun qonağı olub. Robot-aparıcı katibəsi Lyuba ilə söhbətində yenə də AFFA-nın baş katibinə söz göndərib: