22.11.2019 12:23
421

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində İspaniyada keçiriləcək "Sevilya" - "Qarabağ" matçının biletləri noyabrın 26-dan satışa çıxarılacaq.
Cempion.az klubun mətbuat xidmətinə əsasən xəbər verir ki, Ağdam təmsilçisinin azarkeşləri qiyməti 35 avro olan biletləri oyunun keçiriləcəyi "Ramon Sançes Pisxuan" stadionunun kassalarından ala bilərlər.
Qonaq tərəfdarlar üçün S38 sektoru ayrılıb. Noyabrın 28-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.