
"France Football" jurnalının ənənəvi mükafatı - "Qızıl top"un qalibinin müəyyənləşməsinə artıq 2 həftədən də az vaxt qalıb.
Cempion.az xəbər verir ki, 3 əsas namizəd - Lionel Messi, Kriştianu Ronaldo və Vircil van Deykdən hansının qalib olacağı artıq böyük çəkidə məlumdur.
Mütəxəssislər ən real namizəd kimi Niderland yığmasının üzvünü düşünürlər və qalibin də məhz "Liverpul"lu futbolçu olacağı əksəriyyət tərəfindən birmənalı qarşılanır. Hesablamalara əsasən, Çempionlar Liqasının son qalibi Van Deykin mükafatı qazanmaq şansı 55 faizdir.
Rəqəm nisbəti Messi üçün 26, Ronaldo üçünsə yalnız 9 faiz göstərilir. Alisson Bekker, Sadio Mane, Məhəmməd Salah və Rahim Sterlinq 2, Roberto Firmino, Antuan Qrizmann və Kilian Mbappe isə 1 faiz iddialı görünür.
"Qızıl top"un qalibinin seçilməsi mərasimi dekabrın 2-də keçiriləcək.