bazar, 11 may 2025

DÜNYA FUTBOLU

"Yuventus"da yeni müqavilə

22.11.2019 16:44 Oxundu 407


"Yuventus" futbolçusu Xuan Kuadrado ilə yeni müqavilə imzalayıb.

Cempion.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, kolumbiyalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2022-ci ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, 31 yaşlı oyunçu 2015/2016 mövsümündən Turin təmsilçisinin şərəfini qoruyur.