bazar, 11 may 2025

DÜNYA FUTBOLU

Balotelli məşqdən qovuldu

22.11.2019 17:18 Oxundu 422


"Breşiya"nın futbolçusu Mario Balotelli komandasının son məşqindən qovulub.

Cempion.az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı xəbərə görə, italiyalı hücumçu məşq zamanı baş məşqçi Fabio Qrosso və komanda yoldaşları ilə mübahisə edib. Bundan sonra çalışdırıcı hazırlığın bitməyinə yarım saat qalmış ona "Mario, çıx get" deyərək qışqırıb.

Məşqdən kənarlaşdırılan Balotellinin İtaliya A seriyasının 13-cü turunda "Roma" ilə matçın heyətində olub-olmayacağı məlum deyil.