bazar, 11 may 2025

BİZİM FUTBOL

"Azərbaycan üzərindəki qələbə bizə heç nə vermədi"

23.11.2019 10:12 Oxundu 425


Slovakiya millisinin sabiq hücumçusu Robert Vittek AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilən oyunlardan danışıb.

Cempion.az xəbər verir ki, veteran futbolçu Slovakiyanın millimiz üzərində qələbəsinin onlara heç nə vermədiyini deyib:

“Bu tsikldə Azərbaycanı iki dəfə məğlub etməyimiz yaxşı oldu. Onlarla oyunlarda xal itirmək olmazdı. Halbuki evdə Azərbaycana qalib gəlməyimiz bizə heç nə vermədi. Sadəcə gələcək üçün yaxşı motivasiya ola bilər".