23.11.2019 17:46
496

“Liepaya” millimizin sabiq forvardı Vüqar Əsgərovla yollarını ayırıb.
Cempion.az xəbər verir ki, rəhbərlik yayda "Dauqavpils"dən transfer etdiyi forvardı komandada saxlamaq istəməyib.
Buna səbəb isə rəhbərliyin gəncləşdirmə siyasətinə keçməsidir. Aleksandr Starkovu baş məşqçi postundan göndərən rəhbərlik onu Andreys Kalininslə əvəzləyib. Yeni gələn baş məşqçi də Əsgərovla müqavilənin müddətini uzadılmasını istəməyib.
34 yaşlı forvardın karyerasını başa vuracağı ehtimal edilir.