bazar ertəsi, 12 may 2025

BİZİM FUTBOL

Nazarovdan qol və qələbə

23.11.2019 18:57 Oxundu 434


Almaniya 2-ci Bundesliqasında 14-cü tura start verilib.

Cempion.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda “Sankt Pauli” ilə qarşılaşıb.

Görüş Aue təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Nazarov start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü 24-cü dəqiqədə penaltidən komandasının ikinci qolunun müəllifi olub. Bununla da 29 yaşlı futbolçu 2019/2020 mövsümündə vurduğu qolların sayını 6-ya çatdırıb.
 
Qeyd edək ki,  "Erzgebirge" hazırda 23 xalla 3-cü pillədə qərarlaşıb.