bazar, 11 may 2025

DÜNYA FUTBOLU

Ronaldo "Atalanta"ya qarşı oynamayacaq

23.11.2019 13:18 Oxundu 416


“Yuventus” İtaliya A Seriyasının 13-cü turunda “Atalanta” ilə qarşılaşacaq. 

Cempion.az xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Kriştiano Ronaldo sözügedən qarşılaşmada iştirak edə bilməyəcək.

Bu barədə komandanın baş məşqçisi Mauritsio Sarri yerli mətbuata açıqlamasında deyib. O, Ronaldonun özünü yaxşı hiss etmədiyini və “Atalanta” ilə oyunda olmayacağını bildirib. Bu gün keçiriləcək “Atalanta” – “Yuventus” matçına saat 18:00-da start veriləcək.