
21 yaşadək fuitbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Özan Can Kökçünün qardaşı Orkun Kökçünun hansı yığmanın formasını geyinəcəyi bəlli olub.
Cempion.az xəbər verir ki, "Feyenord"da çıxış edən hücumameyilli yarımmüdafiəçi bu barədə özü açıqlama verib. O, aşağı yaş qruplarında Hollandiyanın şərəfini qorusa da, Türkiyənin əsas milli komandasının formasını geyinmək istədiyini bildirib.
"Türkiyədə özümü evimdə hiss edirəm. Bundan əlavə, bu komandada Hollandiyaya nisbətən daha çox oynamaq şansı əldə edəcəyimi düşünürəm.
Aşağı yaş qruplarında Hollandiyanın kapitanı olmuşam. Ailəm bu ölkəni seçəcəyimi düşünürdü. Mənim üçün çətin qərar oldu. Amma qərarım qətidir".
Ozan Can Kökçü hazırda "Sabah"da çıxış edir. Hollandiya və Türkiyə vətəndaşlığı olan Orkun Kökçü isə daha öncə qardaşı kimi Azərbaycan millisini seçəcəyini istisna etməmişdi.