bazar ertəsi, 12 may 2025

BİZİM FUTBOL

Rüfət Dadaşov 85 dəqiqə oynadı

24.11.2019 12:51 Oxundu 488


Almaniya 3-cü Bundesliqasında 16-cı turun oyunları davam edir.

Cempion.az xəbər verir ki, millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” səfərdə "Zvikkau" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb

Zədəsini sağaldan R. Dadaşov bu görüşdə iştirak edib. Oyuna start heyətdə çıxan 28 yaşlı hücumçu 85-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, R.Dadaşov millinin düşərgəsində zədələnməsi səbəbindən Avro-2020-nin seçmə mərhələsində Uels və Slovakiya ilə son oyunlar üçün heyətdən kənarlaşdırılmışdı.

Əlavə edək ki, "Proyssen" hazırda 13 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.