24.11.2019 19:47
451


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.
Çempion.az xəbər verir ki, bu tur məhsuldarlığı ilə seçilib. Bu turda qapılara 16 top vurulub.
Bu gün turun son iki oyunu keçirilib.
Öncə “Zirə” “Keşlə”ni qəbul edib. Qonaqlar bu oyunda qələbə qazanmaqla liderin xal itirməsindən maksimum yararlanmağı hədəfləmişdilər. Zirəlilər isə autsayderlər qrupundan uzaqlaşmaq istəyindəydilər. Dörd qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb: 3-1
Turun qapanış matçı “Neftçi” ilə “Qəbələ” arasında baş tutub. Paytaxt təmsilçisi ötən turdakı “Keşlə” məğlubiyyətini unutdurmaq istəyirdi. “Qəbələ” isə sonuncu pillədən qurtulmaq üçün qələbə qazanmağa borcluydu. Amma bakılılar bu oyunda 4-1 hesablı qələbəyə imza atmaqla yenidən ikinci pilləyə qayıdıblar.