24.11.2019 21:12
510

"Oyunumuzdan razı qaldım. Futbolçular matça düzgün yanaşdılar. Son məğlubiyyətdən nəticə çıxarmışdıq. Qələbə çox vacib idi. Amma yaxşı oyun bundan daha önəmli idi. İlk dəqiqələrdən yaxşı çıxış etdik və layiqli qələbə qazandıq".
Cemрion.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 12-ci turunda "Qəbələ"yə qalib gəldikləri oyundan (4:1) sonra mətbuat konfransında deyib.
- Dabonun oynamamasının səbəbi nə idi?
- Zədəlidir.
- Hesaba baxsaq, rahat qələbə qazandığınızı deyə bilərikmi?
- Futbolda asan qələbə olmur. Bunun üçün döyüşmək lazımdır. Futbolçular bunun öhdəsindən gəldilər.