25.11.2019 11:00
522

“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstanın “Levski” klubundan təklif alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Cempion.az xəbər verir ki, bolqarıstanlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında xəbəri təkzib edib.
O, “Qarabağ”da qalıb-qalmayacağının da hələlik bəlli olmadığını deyib: “Bu, tamamilə fərziyyədir. “Levski” ilə heç bir danışığımız olmayıb. İndi gələcəyimlə bağlı heç bir şərh verə bilmərəm. Çünki “Qarabağ”da qalıb-qalmayacağımla bağlı rəhbərliklə heç bir müzakirəmiz olmayıb. Klubla müqaviləm var. Dəqiqləşdirmədən nəyəsə şərh verə bilmərəm”. Qeyd edək ki, Bolqarıstan mətbuatı “Qarabağ”ın Slavçevin “Levski”yə getməsinə müsbət yanaşdığını yazmışdı.