bazar, 11 may 2025

BİZİM FUTBOL

"Qarabağ"ın rəqibindən heç-heçə

25.11.2019 12:30 Oxundu 422


Lüksemburq çempionatında 12-ci turun oyunları keçirilib.

Cempion.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Düdelanj” bu turda doğma meydanda “Strassen”lə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

12 turdan sonra  17 xalı “Düdelanj” hazırda 14 komanda arasında 6-cı pillədə qərarlaşıb.
 
Qeyd edək ki,  “Qarabağ” Lüksemburq təmsilçisi ilə səfərdəki ilk oyunda 4:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də Bakıda keçiriləcək.