bazar, 11 may 2025

DÜNYA FUTBOLU

Sten Kollimor Mourinyonun "Tottenhem"i çempion edəcəyinə inanmır

25.11.2019 15:20 Oxundu 627


"Liverpul"un sabiq hücumçusu Sten Kollimor "Tottenhem"in yeni baş məşqçisi Joze Mourinyo haqqında maraqlı açıqlama verib.

Cempion.az xəbər verir ki, 48 yaşlı veteran futbolçu portuqaliyalı mütəxəssisin London klubu ilə İngiltərə çempionu ola bilməyəcəyini deyib.

İngiltərədə futbol mütəxəssisi kimi çalışan Kollimor fikrini bu cür izah edib: "Əvvəla, Maurisio Poçettinonun istefaya göndərilməsi ağılsızlıq oldu. Klub rəhbərliyinin bu hərəkətinə yalnız İngiltərə çempionluğu və ya Çempionlar Liqasını qazanması haqq qazandıra bilər ki, Mourinyonun da bu uğurlara imza atacağı mümkün deyil. O, "Tottenhem"lə heç vaxt İngiltərə çempionu ola bilməz. Zəif "Vest Hem"i məğlub etmək nədənsə xəbər vermir. "Tottenhem"ə bu uğuru yalnız Poçettino qazandıra bilərdi".

47 yaşlı Poçettino 2014-cü ildən "Tottenhem"in baş məşqçisi idi. O, paytaxt klubunu ötən mövsüm Çempionlar Liqasının finalına çıxarmışdı.