bazar, 11 may 2025

DÜNYA FUTBOLU

"Qarabağ"ın rəqibi 1 qolla qalib gəldi

25.11.2019 17:26 Oxundu 472


"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya" La Liqada növbəti oyuna çıxıb.

Cempion.az xəbər verir ki, komanda 14-cü turda səfərdə "Valyadolid"lə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Valyadolid" - "Sevilya" - 0:1
Qol:
Baneqa, 13-pen
Qırmızı vərəqə: Okampos, 90-ikinci sarı vərəqə ("Sevilya)

Bu qələbə ilə xalını 27-ə  yüksəldən "Sevilya" turnir cədvəlinin 3- cü pilləsində qərarlaşıb. "Barselona" 28 xalla (13 oyundan) 1-ci, "Real" eyni xalla (13 oyundan) 2-cidir.