bazar, 11 may 2025

BİZİM FUTBOL

"Sumqayıt" daha bir layihəsini təxirə saldı

25.11.2019 18:00 Oxundu 717

Xəbər verdiyimiz kimi "Sumqayıt" "Kapital Bank Arena"da yeni tribuna tikməyi planlaşdırsa da bu məsələ hələ də açıq qalıb.

Cempion.az-a daxil olan məlumata görə Sumqayıt təmsilçisinin daha bir layihəsi də təxirə düşüb.

Söhbət klubun rəsmi fan şopundan gedir. Klub rəsmləri bir ara tribuna ilə birgə fan şop açmağa dair də söz versələr də bu layihəni də reallaşdıra bilməyəcəklər. Güman ki bunun səbəbi də maliyyə ayrılmamasıdır.