bazar, 11 may 2025

BİZİM FUTBOL

Vurğun Hüseynov "Sumqayıt"ın tarixinə düşdü

25.11.2019 18:30 Oxundu 565

Premyer Liqanın XII turunun “Sumqayıt” – “Qarabağ” (2:1) oyunu meydan sahiblərinin kapitanı Vurğun Hüseynov üçün əlamətdar olub.

Cempion.az xəbər verir ki, təcrübəli müdafiəçi 2013-cü ildən şərəfini qoruduğu komandanın heyətində 159-cu çempionat matçına çıxıb. O, bu müddətdə 1 qol vurub.

Vurğun “Sumqayıt”ın tarixində Premyer Liqada ən çox oyun keçirən futbolçu adına yiyələnib. Müdafiəçi sabiq komanda yoldaşı Bəxtiyar Həsənalızadənin 158 oyunluq rekordunu arxada qoyub.