bazar, 11 may 2025

BİZİM FUTBOL

"Sevilya" - "Qarabağ" matçının hakimləri açıqlandı

25.11.2019 16:42 Oxundu 405


Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Sevilya" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib.

Cempion.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Mohammed Al-Hakim olacaq. Ona Fredrik Kliver və Mahbod Beigi köməklik edəcəklər. 4-cü hakim funksiyasını Martin Strömberqsson yerinə yetirəcək.

Qeyd edək ki, "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı noyabarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.