bazar, 11 may 2025

DÜNYA FUTBOLU

“Flamenqo”dan 2 gündə 2 çempionluq

25.11.2019 15:49 Oxundu 438

Brazilyanın “Flamenqo” komandası Libertatores kubokunun ardından ölkə çempionluğunuda qazandı.
Cempion.az xəbər verir, Brazilya klubu Libertatores kubokundamöhtəşəm geri dönüş edərək0-1 geri düşdüyü oyunun89 və 90+2-ci dəqiqələrdə vurduğu qollarla “River Pleyet”i məğlub edib və 38 il sonra kuboku muzeylərinə aparıblar.
Ən yaxın izləyicisi olan “Palmerias”ın dünən öz evində “Gremio” 1-2 məğlub olması ilə “Flamenqo” komandası çempionatın qurtarmasına 4 tur qalmış ölkə çempionluğunu da rəsimləşdirib.