bazar ertəsi, 19 may 2025

DÜNYA FUTBOLU

"Mançester Yunayted"də 17 yaşlı futbolçu

26.11.2019 09:42 Oxundu 460

"Mançester Yunayted" əsas heyətinə 17 yaşlı yeni futbolçu cəlb edib.

Cempion.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu ilin əvvəlində "Amyen"dən “Mançester Yunayted”in U-17 komandasına transfer edilən Noam Emeranla 3 illik peşəkar müqavilə imzalanıb.

Onun artıq əsas komandanın düşərgəsinə qoşulduğu bildirilib.