çərşənbə, 04 iyun 2025

BİZİM FUTBOL

Azərbaycanlı futbolçu Küveytin iddialı klubunun maraq dairəsində

26.11.2019 13:00 Oxundu 509


Küveytin "Əl-Salmiyə" klubunda çıxış edən həmyerlimiz Kamal Mirzəyev klubunu dəyişə bilər. 

Cempion.az xəbər verir ki, 25 yaşlı dayaq yarımmüdafiəçisi Küveyt çempionatının iddialı klublarından olan “Əl-Qadsiyə”nin maraq dairəsindədir.

Komandanın rumıniyalı baş məşqçisi Marin Yon Mirzəyevin xidmətində maraqlıdır və onu komandasında görmək istəyir. “Əl-Qadsiyə” hazırda Küveyt yüksək liqasında turnir cədvəlində 12 xalla ikinci pillədədir. Kamalın komandası isə “Əl-Qadsiyə”dən bir xal geridə qalaraq üçüncü pilləni tutur.