bazar, 11 may 2025

VOLEYBOL

Voleybol millimizin kapitanı İndoneziya klubu ilə müqavilə bağladı

26.11.2019 14:00 Oxundu 466


İndoneziyanın "Cakarta" klubu voleybol üzrə Azərbaycan millisinin kapitanı Odina Bayramovanı heyətinə qatıb.

Cempion.az xəbər verir ki, təcrübəli voleybolçu ilə mövsümün sonuna qədər müqavilə bağlanıb.

Millimizin özbəkistanlı legionerini İndoneziyaya klubun yeni baş məşqçisi Ziya Rəcəbov aparıb. Bayramovanın son komandası İtaliya Seriya A1 təmsilçisi "II Bisonte Firense" olub.