26.11.2019 15:00
577


Anatoli Banişevskinin adını daşıyan Masallı stadionundan çoxdandır ki yeni xəbər yox idi. Bildiyiniz kimi "Xəzər Lənkəran"ın sponsoru "Palmali" şirkəti bir vaxtlar bu stadionu alaraq orada Lənkəran klubu üçün baza tikməyi planlaşdırırdı. Lakin sonradan həm bu layihə həm də "Xəzər Lənkəran" özü süquta uğradı.
Cempion.az-a daxil olan yeni məlumata görə isə artıq sözügedən stadion "Palmali" şirkətinə də məxsus deyil.
Tamamilə dağılmış və yararsız hala düşmüş arena başqa bir şirkətə satılıb. Stadionun bundan sonra hansı təyinat üzrə istifadə olunacağı naməlumdur.