şənbə, 10 may 2025

DÜNYA FUTBOLU

16 il bundan qabaq Bakıya gəlmiş uelsli futbolçu 45 yaşında da futboldan doymur - FOTO

26.11.2019 16:27 Oxundu 462


AÇ-2004-ün seçmə qrup mərhələsinin 2003-cü il martın 29-da keçirilmiş Uels - Azərbaycan (4:0), eləcə də DÇ-2006-nın seçmə mərhələsinin 2005-ci ildə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş Azərbaycan - Uels (1:1) görüşlərinin iştirakçısı olmuş Robbi Sevec 45 yaşında karyerasını bərpa edib.

Cempion.az xəbər verir ki, peşəkar futbolla 2011-ci ildə "Derbi Kaunti"də vidalaşmış "Mançester Yunayted"in yetirməsi Şimal-qərb divizionunda mübarizə aparan "Stokport Taun" klubu ilə müqavilə bağlayıb.

Veteran yarımmüdafiəçi 10-cu divizion təmsilçisi ilə hələlik yarım illik anlaşmaya qol çəkib. Karyerası ərzində ən çox "Lester Siti"də (1997/2002) çıxış etmiş uelsli futbolçu 1995/2004-cü illərdə yığmanın heyətində 39 dəfə meydana çıxıb. Sevec hazırda həm də "SKY Sports" kanalında ekspert kimi işləyir.