26.11.2019 16:49
424

APOEL-in kapitanı Tomas De Vinsenti Kipr klubunun Avropa Liqasındakı məqsədlərindən danışıb.
Cempion.az xəbər verir ki, argentinalı futbolçu "Qarabağ"la oyunları da (2:1, 2:2) yada salıb:
"Avropa Liqasında ilk gündən hədəfimiz qrupdan çıxmaq idi. Bilirdik ki, "Qarabağ"dan güclüyük və bunu sübut etdik. "Sevilya" ilə oynamaq çox çətindir. "Düdelanj"la görüşdə isə çox diqqətli olmalı və qələbə qazanmalıyıq".