bazar, 11 may 2025

DÜNYA FUTBOLU

Klublararası dünya çempionatının bütün iştirakçıları məlum oldu

26.11.2019 17:00 Oxundu 442


Asiya Çempionlar Liqası və Libertadores Kubokunun qalibinin müəyyənləşməsindən sonra bu il dekabrın 11-dən 21-ə kimi Qətərin paytaxtı Dohada keçiriləcək klublararası dünya çempionatının bütün iştirakçıları da məlum olub.

Cempion.az xəbər verir ki, AÇL qalibi "Əl-Hilal"la Cənubi Amerikanın ən güclüsü "Flamenqo" dünya çempionu adı uğrunda yarışacaq digər 5 komandaya qoşuldu.

6 klub öz qitələrinin çempionu, 1 komanda isə ev sahibidir. DÇ-2019-da mübarizə aparacaq klublar:

"Flamenqo" (Braziliya, CONMEBOL), "Liverpul" (İngiltərə, UEFA), "Monterrey" (Meksika, KONKAKAF), "Esperans" (Tunis, Afrika Futbol Konfederasiyası), "Əl-Hilal" (Səudiyyə Ərəbistanı, Asiya Futbol Konfederasiyası), "Yengen Sport" (Yeni Kaledoniya, CONMEBOL), "Əl-Sədd" (Qətər, ev sahibi).

 

1-ci mərhələ

"Əl-Sədd" - "Yengen Sport" - 11 dekabr, Doha

2-ci mərhələ

1-ci mərhələnin qalibi - "Monterrey" - 14 dekabr, Doha
"Əl-Hilal" - "Esperans" - 14 dekabr, Doha

1/2 final

2-ci mərhələnin 1-ci cütünün qalibi - "Liverpul", 18 dekabr, Doha
2-ci mərhələnin 2-ci cütünün qalibi - "Flamenqo" - 17 dekabr, Doha

3-cü yer uğrunda

Yarımfinalda məğlub olmuş komandalar - 21 dekabr, Doha

Final

Yarımfinalda qalib gəlmiş komandalar - 21 dekabr, Doha