
"Real"ın hücumçusu Eden Azar "Yuventus"un lideri Kriştiano Ronaldo, özünün transfer qiyməti və başqa maraqlı məsələlər haqqında danışıb.
Cempion.az xəbətr verir ki, belçikalı ulduz Ronaldo ilə müqayisə olunmağından xoş hal olsa da, nəticələrə görə portuqalın uğurlarını təkrarlaya bilməyəcəyini deyib.
"Ondan daha yaxşı oynamağa çalışsam da, bilirəm ki, Ronaldoya çata bilmərəm. İstənilən halda əlimdən gələni etməyə çalışıram. Zədə səbəbindən "Real"da mövsümün əvvəlini buraxmalı oldum. Buna görə istənilən effekti vermədiyimi bilirəm. Mənə görə ödənilən məbləğə gəlincə, bilirəm, rəhbərlik keçidim üçün "Çelsi"yə çoxlu pul verdi. Lakin bu, klublar arasında olan məsələdir. Mənim üçün 5 milyon da ödənilsəydi, eyni səviyyədə oynayacaqdım. Fikrimcə, futbolçu heç vaxt 100 milyon dəyərində olmamalıdır. Bütün bunlar transfer bazarının süni qiymətləridir".
Belçika millisinin liderini iyunda transfer edən Madrid klubu keçid üçün "Çelsi"yə 100 milyon avro ödəyib.