şənbə, 10 may 2025

BİZİM FUTBOL

Dani: "Qarabağ”da həyəcan var”

26.11.2019 18:00 Oxundu 447


“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana noyabrın 28-də “Sevilya”ya qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin oyunu ilə bağlı fikirlərini açıqlayıb.

Cempion.az xəbər verir ki, “Deportes ABCdesevilla” nəşrinə müsahibəsində o deyib ki, pley-off-a yüksəlmək üçün komandası İspaniyada xal qazanmalıdır.
 
“Əlbəttə, biz bilirik ki, bu, çətin olacaq. “Sevilya” əla komandadır. Lopeteqinin gəlişindən sonra müsbətə doğru dəyişiklik gedir. Bundan başqa, “Sevilya”nın Avropa Liqasında uğurlu təcrübəsi var. Mənim üçün onlar turnirin favoritidirlər”.