bazar, 11 may 2025

DÜNYA FUTBOLU

Mbaррe: "Qızıl top"a layiq deyiləm"

26.11.2019 18:25 Oxundu 1069


PSJ-nin futbolçusu Kilian Mbappe "Qızıl top" mükafatını qazanmaq şansları haqda danışıb.

Cemрion.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o, builki mükafata layiq olmadığını deyib: "Qızıl top"u bu il qazanmaq? Realist olmaq lazımdır. "Qızıl top"a layiq deyiləm. Məndən daha yaxşı işlər görən oyunçular oldu. PSJ ilə Fransa kubokunu, Çempionlar Liqasını qazana bilmədik. Buna görə məyus olduq".

20 yaşlı hücumçu bu mükafatı qazanmaq üçün tələsmədiyini söyləyib: "Bir çox şəxsi mükafatım var, amma futbol tək oynanılmır. Bunu qəbul etmək lazımdır. "Qızıl top"u qazanmaq üçün vaxtım var. Buna görə tələsmirəm".