26.11.2019 14:07
455


“Arsenal”ın İspanyalı baş məşqçisi Unai Emeri postundan gedə bilər.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, son oyunlarda göstərilən uğursuz nəticələrdən “Arsenal” rəsmiləri narazıdır. 13 turdan sonra 18 xal toplayaraq 8-ci sırada yer alan və oynadığı son 5 çempionat oyununda qalibiyyətin nə olduğunu bilməyən “topçular” qələbəyə həsrət qalıb.
Yayılan məlumata görə, İspanyalı mütəxəssisi hazırda işsiz qalan “Yuventus”un sabiq baş məşqçisi Alleqri və “MS”də Qvardiolanın köməkçisi olan Miçel Arteta əvəzləyə bilər.