27.11.2019 11:00
452

AFFA “Şahdağ”ın aşağı yaş üzrə komandasında saxtakarlıq faktı aşkarlayıb.
Cempion.az xəbər verir ki, UGYTŞ-nin Siyəzən regionu üzrə mübarizə aparan komandasının heyətində Sahil Əlimovun əvəzinə qardaşı Balamirzə Əlimovun iştirak etməsi üzə çıxıb.
Məsələni araşdıran AFFA-nın İntizam Komitəsi futbolçunun iştirak etdiyi bütün matçların nəticəsini ləğv edib. Həmin qarşılaşmalarda “Şahdağ”a 0:3 hesablı texniki məğlubiyyət verilib.