27.11.2019 11:12
449

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən yaxşı klub məşqçilərinin siyahısını açıqlayıb.
Cempion.az xəbər verir ki, bu ilin ən yaxşı klub məşqçisi “Liverpul”un çalışdırıcısı Yurgen Klopp seçilib.
Almaniyalı mütəxəssis 369 xalla birinci olub. İkinci pillənin İngiltərənin digər təmsilçisi “Mançester Siti”də çalışan Pep Qvardiola tutub – 100 xal. İlk üçlüyü “Ayaks”ın baş məşqçisi Erik Ten Haaq qapayır – 82 xal. Kloppun çalışdırdığı “Liverpul” 2019-cu ildə UEFA Çempionlar Liqasının qalibi olub.