bazar, 11 may 2025

BİZİM FUTBOL

Kamal Quliyev: "U-21-i versinlər mənə, Obradoviçdən yaxşı nəticə göstərməsəm..."

27.11.2019 15:00 Oxundu 645

Millimizin sabiq üzvü Kamal Quliyev əsas və U-21 millilərimizin seçmə mərhələdəki oyunlarını sərt tənqid edib.

Cempion.az xəbər verir ki Quliyev nəticələri biabırçı adlandırıb: "Utancverici nəticələrdir. Futbol üçün bu qədər vəsait ayrılır, amma ortada heç bir nəticə yoxur. Gedib Xorvatiyadan Yurçeviçi gətirirlər, bir ətək pul verirlər, o da 1 xalla qrup sonuncusu olur. Budur inkişaf?"

Kamal U-21-in baş məşqçisi Milan Obradoviç haqa da kəskin danışıb: "Kimdir Obradoviç, hansı nəticəsi olub? Bu adam Lixtenşteynə uduzur. Lixtenşteynə uduzmaq üçün Serbiyadan məşqçi gətirməyə ehtiyac yox idi. Pulu gör kimlərə veririk. İnanın mənə U-21-i versinlər mənə, əgər Obradoviçdən zəif nəticə göstərsəm, öz əlimlə ərizə yazıb futboldan ömürlük gedərəm".