şənbə, 10 may 2025

DÜNYA FUTBOLU

Rumıniya millisindı yeni baş məşqçi

28.11.2019 14:00 Oxundu 418

Rumıniya millisinin yeni baş məşqçisi məlum olub.

Cempion.az yerli federasiyanın saytına istinadən xəbər verir ki, yığmaya Mirel Radoi gətirilib. 38 yaşlı məşqçinin müqavilə müddəti açıqlanmayıb. Radoi bu vəzifədə uğursuzluğa görə istefaya göndərilən Kosmin Kontranı əvəzləyib.

Qeyd edək ki, gənc məşqçi son olaraq Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasını çalışdırıb.