şənbə, 10 may 2025

BİZİM FUTBOL

"Qarabağ"la oyunu səbirsizliklə gözləyən "Sevilya"nın futbolçusu

28.11.2019 14:29 Oxundu 426


“Oyunu səbirsizliklə gözləyirik. 3 xal qazanmaq çox vacibdir".

Cempion.az-ın məlumatına görə, bu sözləri  "Sevilya"nın futbolçusu Alexandro Pozo  Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyunöncəsi mətbuat konfransında deyib.

20 yaşlı yarımmüdafiəçi baş məşqçi Xulen Lopeteqinin inkişafında xüsusi rola malik olduğunu bildirib: "Onunla eyni klubda olmaq fəxrdir. Lopeteqinin öyrətdiklərini tətbiq etməyə çalışıram. Ümid edirəm ki, uzun illər onun rəhbərliyi altında oynayaram".

Gənc oyunçu sabahkı qarşılaşmada iştirak edəcəyinə inanır: "Meydanda olmağı çox istəyirəm. Az oyun şansı əldə edənlər sabahkı matça daha böyük ümidlə baxırlar".

Qeyd edək ki, sabah "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı saat 00:00-da başlayacaq